"Kəpəz"də 6 ayrılıq, 11 yeni müqavilə

00:04 - 31 May 2016

Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb

 

Kəpəz”  6 futbolçusu ilə yollarını rəsmən ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitdiyi üçün, Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov, Junior Osvaldo isə müqaviləsi başa çatdığı üçün Gəncə təmsilçisini tərk edib.

 

Bundan başqa, baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən 11 oyunçu ilə müqavilə müddəti artılıb. Onlardan 2-si əcnəbi, digərləri yerlilərdir. Bütün futbolçularla yeni bir illik anlaşma imzalanıb. 

Müqaviləsi uzadılan oyunçular aşağıda adları qeyd olunanlardır:

Eyyub Əliyev, Tadas Simaitis, Tural Axundov, Tural Nərimanov, Azad Kərimov, Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov, Kərim Diniyev, Tural Rzayev, Julien Ebah.

 

“Qarabağ”dan icarə əsasında 2015/2016 mövsümündə “sarı-göylər”in heyətində çıxış edən Şəhriyar Əliyevin icarə müddəti daha bir illiyinə uzadılıb.

 

Qeyd edək ki, bu futbolçulardan əlavə hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənmişdi.

 

Xatırladaq ki, Tərlan Quliyev və Bəxtiyar Soltanovun Gəncə təmsilçisindən ayrılacağı barədə Sportal.az özəl məlumat vermişdi: http://sportal.az/?goal=news&id=72573 , http://sportal.az/?goal=news&id=72714

Xəbər xətti