"Qarabağ", "Partizan" və "Dinamo" variantları var"

10:58 - 31 May 2016

"Ermənistanla oyunda yaxşı nəticə qazanmaq istəyirik"
 
"Zirə"nin hücumçusu Nelson Bonilla Salvador mətbuatına verdiyi açıqlamada gələcək karyerası haqda danışıb.
 
Sportal.az "Fanaticos" radiosuna istinadən xəbər verir ki, 25 yaşlı forvard böyük ehtimalla "Zirə"də qalacağını bildirib:
 
"Bir neçə komanda mənim xidmətlərimdə maraqlıdır. "Dinamo" (Buxarest), "Qarabağ" və "Partizan"a keçmək variantlarım da var. Çox güman "Zirə"də qalacam. Bütün diqqətimi millinin oyunlarına cəmləmişəm. Ermənistanla oyunda yaxşı nəticə qazanmaq istəyirik".

Xəbər xətti