Günorta yeni müqavilə imzaladı, axşam "Qarabağ"a kubok qazandıran qola imza atdı

11:22 - 31 May 2016

"Miçel çox narahat idi"

 

Çempionluğun ardından “Qarabağ” ölkə kubokunu qazanmaqla mövsümü “qızıl dubl”la tamamladı. Kubokun finalında “Neftçi” ilə oyunun qəhrəmanı Miçel oldu. İspan futbolçu əlavə vaxtın son anlarında qələbə qoluna imza atdı.

 

Sportal.az saytı Miçellə bağlı maraqlı məlumat əldə edib. Həmin məlumatı İspan futbolçunun ölkəmizdəki agenti Tural Əsgərov saytımıza verib:

 

“Miçelin “Qarabağ”la müqaviləsi “1+1” sistemi ilə nəzərdə tutulmuşdu. Yəni, müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı qərar kluba məxsus idi. Hələ may ayının ortalarında deyilmişdi ki, onunla müqavilə uzadılacaq. Lakin Miçel çox narahat idi. Kubokun final günü günorta saatlarında “Qarabağ” Miçellə yeni müqavilə imzaladı, axşam isə ispan futbolçu qələbə qolunun müəllifi oldu”.   

 

Qeyd edək ki, Miçel mövsümün ilk yarısını pis keçirsə də, qış fasiləsindən sonra “Qarabağ”ın heyətində ən yaxşılardan oldu. 

Xəbər xətti