Millimizin futbolçusu "Sumqayıt"da

13:24 - 31 May 2016

Pavel Paşayev "Sumqayıt"a keçdi
 
Transfer çalışmalarına davam etdirən "Sumqayıt" "Qəbələ"ilə müqaviləsi başa çatan Pavel Paşayevi heyətinə qatıb.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt" millimizin müdafiəçisi Pavel Paşayevin transferini həll edib. Millinin heyətində Avstriyada təlim-məşq toplanışında olan 28 yaşlı futbolçu Azərbaycana qayıtdıqdan sonra "kimyaçılar"la rəsmi müqaviləyə qol çəkəcək.
 
Qeyd edək ki, "Sumqayıt" "Qarabağ"dan Fərhad Vəliyevi transfer edib.

Xəbər xətti