AZAL-ın futbolçusuna Türkiyədən 2 təklif gəldi

16:30 - 31 May 2016

"Dənizlispor" və "Karşıyaka"

 

AZAL-ın futbolçusu ilqar Ələkbərov karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə gənc futbolçunun xidmətində qardaş ölkənin 2 klubu maraqlıdır. Belə ki, PTT I Liqasında mübarizə aparan "Dənizlispor"  23 yaşlı yarımmüdafiəçini transfer etmək istəyir. Əgər danışıqlar müsbət nəticələnsə tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

 

Bundan başqa bu mövsüm I Liqanı tərk edən "Karşıyaka" klubu da İlqar Ələkbərovu heyətinə cəlb etmək istəyir.

Xəbər xətti