B və C qrupu
Bu gün Avropa çempionatının qrup mərhələsinin II turunun daha 3 qarşılaşması keçiriləcək.
Sportal.az xəbər verir ki, C qrupunda 2, B qrupunda isə 1 oyun keçiriləcək.
Günə B qrupunda qərarlaşan Uels və İngiltərə millilərinin matçı ilə start veriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
C qrupunun ilk matçında Ukrayna və Şimali İrlandiya milliləri qarşılaşacaq. Matçın start fiti saat 20:00-da səslənəcək.
Günün son matçında isə turnirə qələbə ilə başlayan Almaniya və Polşa yığmaları üz-üzə gələcək. Maraqla gözlənilən oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Çempionatı
Qrup mərhələsi, II tur
17:00 İngiltərə - Uels 2:1
QOL: Ceymi Vardi, 55 - Qaret Beyl, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Stadion: Stade Bollaert-Delelis
20:00 Ukrayna - Şimali İrlandiya 0:2
QOL: Qaret Makoli, 49, Neyl Makgin, 90+6
Baş hakim: Pavel Kraloveç (Çexiya)
Stadion: Stade des Lumieres
23:00 Almaniya - Polşa 0 - 0
Baş hakim: Byörn Kyupers (Hollandiya)
Stadion: Stade de France
saytlarin hazirlanmasi