Kapitan qərar verməlidir
AZAL-ın kapitanı Rail Məlikov komandasını dəyişə bilər.
Sportal.az xəbər verir ki, son mövsümü AZAL-ın heyətində keçirən təcrübəli futbolçu "Sumqayıt”dan rəsmi təklif alıb. Lakin Məlikov "kimyaçılar”ın təklifinə konkret cavab verməyib.
Əldə etdiyimiz məlumata görə, 30 yaşlı müdafiəçi "Sumqayıt”a ilk öncə AZAL-la danışıq aparacağını bildiirb. Danışıqların müsbət yekunlaşmayacağı təqdirdə "Sumqayıt"la müqavilə imzalaya biləcəyini bildirib.
Məlumatı saytımıza açıqlama verən "Sumqayıt”ın baş məşqçisi Samir Abasov da təsdiqləyib:
"Bəli, Rail Məlikovla danışıq aparmışıq. Onunun komandamızda gəlməsi bizdən asılı olan bir iş deyil. Rail bizdən vaxt istəyib. Əgər AZAL-la danışıqları müsbət nəticələnməsə bizimlə müqavilə imzalaya bilər. Məlikov çox təcrübəli futbolçudu. İnanıram ki, onun komadamıza yalnız xeyri dəyə bilər”.
saytlarin hazirlanmasi