"Əsas məqsədim heyətdə möhkəmlənməkdi"
"Sumqayıt"la 1 illik müqavilə bağladım. Bu komandanın uğurları üçün əlimdən gələni edəcəm. İnanıram ki hər şey yaxşı olacaq. Başqa klublardan da təkliflər almışdım. Amma heç düşünmədən "Sumqayıt"ın təklifini qəbul etdim. Çünki bu komandaya simpatiyam var. Çox şükür ki, təklif aldım və canla başla hə dedim".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Sumqayıt"ın yeni transferi Kamran Abdullazadə səsləndirib.
Gənc yarımmüdafiəçi əsas hədəfinin yeni komandasının heyətində möhkəmlənməl olduğunu qeyd edib: "Əsas məqsədim heyətdə möhkəmlənməkdi. Sonrakı hədəflər isə "Sumqayıt"la nailiyyətlər əldə etməkdi. Düzdü, əsas heyətə düşmək o qədər də asan olmayacaq. Rəqabətdən qorxmuram. Əsas heyətin daimi üzvünə çevrilmək üçün əlimdən gələni edəcəm".
Kamran Abdullazadə ötən mövsüm çıxış etdiyi "Xəzər Lənkəran"da əsas komandadan uzaqlaşdırılmasının oyununa təsir etmədiyini bildirib: "6 ay "Xəzər Lənkəran"ın əsas komandasından uzaqda qaldım. Lakin bu mənə pis təsir etməyib. Çünki əvəzedici heyətlərin çempionatında oyunlara çıxırdım. Ona görə də formada qalmışam. "Sumqayıt"da yaxşı təsir bağışlayacağıma inanıram".
saytlarin hazirlanmasi