"Yaxşısı budur ki, heç nə deməyim"
"Növbəti mövsüm Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağıq. Amma indidən nəsə danışmaq düzgün deyil. "Zirə"dən gedən futbolçular oldu. Hər birinin komandaya çox köməyi dəyib. Ümüd edirəm növbəti mövsüm onların əvəzinə yeni futbolçular gələcək".
Bu fikirləri Sportal.az-a açıqlamasında "Zirə"nin futbolçusu Nurlan Novruzov səsləndirib.
Gənc futbolçu növbəti mövsümdən etibarən Premyer Liqada 8 komandanın mübarizə aparacağı ilə bağlı da fikirlərini bildirib: "Bu PFL-in qərarıdı. Heç nə deyə bilmərəm. Yəqin ki, belə məsləhət biliblər. 8 komanda ilə Premyer Liqanın maraqlı olub-olmayacağı barədə indidən nəsə demək olmaz. Oynayıb görəcəyik".
23 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Zirə"nin heyətində AZAL-ın qapısından keçirdiyi qol haqda danışıb. O, vurduğu qolun heç də mövsümün ən yaxşısı olmadığını deyib: "AZAL-a vurduğum qol baxımlı alındı. Amma bu mövsümün ən yaxşı qolu deyildi. Ötən mövsüm baxımlı qollar çox oldu. Hansınısa desəm digərlərinə haqsızlıq olar. Yaxşısı budur ki, heç nə deməyim".
saytlarin hazirlanmasi