AÇ-2016: İspaniya Türkiyəni darmadağın etdi, İtaliya İsveçdən güclü oldu YENİLƏNİB

00:52 - 18 İyun 2016

E və D qrupları
 
Bu gün Avropa Çempionatında daha bir 3 qarşılaşma baş tutacaq.
 
Sportal.az xəbər verir ki, günə İtaliya – İsveç oyunu ilə start veriləcək. İkinci qarşılaşma Çexiya və Xorvatiya arasında olacaq. Günün bağlanış matçında isə Türkiyə və İspaniya münasibətlərə aydınlıq gətirəcək. Bu “ay ulduzlular” üçün Avropa Çempionatında yola davam etmək üçün son şansdır. Fatih Terimin komandası növbəti mərhələ şanslarını saxlamaq üçün ən pis halda rəqiblə heç-heçə etməlidir.
 
17 iyun
E qrupu
 
17:00. İtaliya - İsveç 1:0
QOL: Eder, 88
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyorgi Rinq, Vensel Tot
Əlavə köməkçi hakimlər: Tamaş Bonyar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Klemen Turpin (Fransa)
Tuluza. Şəhər stadionu
 
D qrupu
20:00. Çexiya - Xorvatiya 2 - 2
QOLLAR: Milan Skoda, 76, Tomas Neçid, 90+3 - İvan Perişiç, 37, İvan Rakitiç, 59
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimlər: Simon Bek, Ceyk Kollin 
Əlavə köməkçi hakimlər: Antoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropoulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Qişar" stadionu.
 
İspaniya 3 - 0 Türkiyə
QOLLAR: Alvaro Morata, 34, 48, Nolito, 37
Baş hakim: Milorad Maziç 
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Corcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Nitsa. Şəhər stadionu

Xəbər xətti