AÇ-2016: Ansi Aqolli: "Qarabağ"ı Avropa çempionatında təmsil etdiyim üçün fəxr edirəm"

10:28 - 17 İyun 2016

"Türkiyə qrupda yaxşı yer tutub növbəti mərhələyə çıxa bilər"
 
Albaniya millisinin və “Qarabağ”ın futbolçusu Ansi Aqolli Türkiyə milli komandasının bu gün İspaniyaya qarşı keçirəcəyi oyundan danışıb.
 
Sportal.az xəbər verir ki, o, “ay ulduzlular”ın yaxşı oyun göstərə biləcəyini deyib:
 
“Türkiyənin Xorvatiyaya qarşı oyununu izlədim. Heç də pis çıxış etmədilər. Sadəcə bəzi səhvlərdən uduzdular. Xorvatiya dünyanın ən yaxşı futbolçularından qurulan komandadır və onlara uduzmaq dünyanın sonu deyil. Türkiyə qrupda yaxşı yer tutub növbəti mərhələyə çıxa bilər”.
 
Ansi Aqolli Rumıniya ilə keçirəcəkləri matç haqda da danışıb:
 
"Bizim üçün heç nə bitməyib. Fransa dünyanın ən güclü komandalarından biridr. Biz onlara qarşı layiqli mübarizə apardıq. Rumıniyanı məğlub etməliyik. Şanslarımız var. Biz bura əylənməyə gəlməmişik. Komandamızda olan futbolçuların çoxu güclü çempionatlarda oynayırlar. Mən isə Azərbaycanın "Qarabağ" klubunda çıxış edirəm. "Qarabağ"ı Avropa çempionatında təmsil etdiyim üçün fəxr edirəm".

Xəbər xətti