"Neftçi" monteneqrolu qapıçı ilə gücləndi
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" komandası düşərgəyə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Aqil Məmmədovla yollarını ayıran "ağ qaralar" onun yerini Monteneqrodan olan qapıçı ilə dolduracaq. Belə ki, son olaraq Monteneqronun "Bokel" komandasının formasını geyinən Milan Miyatoviç hazırda bakılıların Türkiyədəki düşərgəsindədi. Monteneqro mətbuatında yer alan məlumata görə, 28 yaşlı qolkiper "ağ qaralar"la 3 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Miyatoviçin 190 sm boyu və 87 kiloqram çəkisi var. Onun son klubu "Bokel" olub. Miyatoviç 2006-12-ci illərdə "Rudar"ın şərəfini qoruyub. 28 yaşlı qolkiper 2012-ci ildə legioner həyatı yaşamağa qərar verib və İrana üz tutub. O, İranda "Mes" və "Zob Ahan" kimi komandalarda forma geyinib.
saytlarin hazirlanmasi