"Neftçi"dən daha bir transfer
Türkiyədə təlim-məşq toplanışında olan "Neftçi" komandası düşərgəyə daha bir futbolçunu cəlb edib.
Sportal.az-ın əldə etdiyi xəbərə görə, paytaxt klubu Makedoniya millisinin üzvü olan Vançe Şikovu heyətinə qatmaq üçün təcrübəli futbolçu ilə danışıqlara başlayıb. 30 yaşlı müdafiəçi "Neftçi"nin Türkiyədəki təlim-məşq toplanışına qoşulub və onun transferi yaxın günlərdə rəsmən açıqlanacaq.
Əlavə edək ki, "Neftçi" daha öncə monteneqrolu qapıçı Milan Miyatoviçi və venesuelalı yarımmüdafiəçi Edson Kastilyonu da heyətinə cəlb edib.
Qeyd edək ki, Vançe Şikovun son olaraq Avstriyanın "Avstriya" Vyana klubunda çıxış edib.
saytlarin hazirlanmasi