"Qəbələ"də titul qazanmaq istəyirəm"
"Qəbələ"nin yeni transferi Filip Ozobiç Sportal.az saytına açıqlama verib.
Xorvatiyalı futbolçu "Qəbələ"də onu hər şeyin qane etdiyini bildirib:
"Komandada hər şey qaydasındadır. "Qəbələ"yə gəlməkdən məmnunam. Artıq yoxlama matçında qol da vurmuşam. Hazırki durumumdan razıyam. Avropa Liqasında və Premyer Liqada uğurlu çıxış etmək istəyirik. "Qəbələ"də titul qazanmaq istəyirəm"
Filip Ozobiç onu Xorvatiya millisinin futbolçusu olan Luka Modriçə bənzədilməsi haqda danışıb:
"Ola bilər. Bunu çoxları deyir. Etiraf edək ki, Modriç hazırda mövqeyinə görə dünyanın ən yaxşı futbolçularından biridir. Onun çoxlu uğurları var. Mən istəyirəm ki, tək xarici görkəmimlə yox, sərgilədiyim oyunla da Luka Modriçə oxşayım".
saytlarin hazirlanmasi