"Komandaya yeni qoşulmuşam"
"Neftçi"nin monteneqrolu qolkiper - Milan Miyatoviçi heyətinə cəlb etdiyi haqda məlumat vermişdik.
28 yaşlı futbolçu məsələ ilə bağlı Sportal.az saytına açıqlama verib.
Monteneqrolu qolkiper "Neftçi" ilə müqavilə imzalayacağını bildirib:
"Komandaya yeni qoşulmuşam. Hər şey qaydasındadır. Hazırlığımız yaxşı səviyyədədir. Hazırda "Neftçi" komandasındayam və tezliklə bütün suallara aydınlıq gələcək".
saytlarin hazirlanmasi