"Zirə" albaniyalı futbolçu ilə razılığa gəldi

12:26 - 19 İyun 2016

2 illik müqavilə imzalayacaq
 
Paytaxtın “Zirə” klubu növbəti transferini reallaşdırmağa yaxındır.
 
Sportal.az Albaniya mətbuatına istinadən xəbər verir ki, “qartallar” Albaniyanın “Skenderbeu” klubu ilə müqaviləsi başa çatan Gerhard Proni ilə razılığa gəlib. 29 yaşlı yarımmüdafiəçi “Zirə” ilə 2 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Gerhard Proni Albaniyanın U-21 və U-19 komandasının şərəfini qoruyub.

Xəbər xətti