Klublarımızın rəqibləri məlum oldu YENİLƏNİB

15:12 - 20 İyun 2016

I və II təsnfiat mərhələsinin püşkü
 
Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkü atılacaq.
 
Sportal.az xəbər verir ki, mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi”  və “Kəpəz”in də rəqibləri bəlli olub.
 
"Neftçi" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab qarşılaşması ilə Maltada keçiriləcək. 
 
"Qəbələ" Gürcüstanın "Samtrediya" klubuna, "Kəpəz" isə Moldovanın "Daçiya" klubuna rəqib olub. Hər iki klubumuz da ilk görüşünü evdə keçirəcək.
 
Qeyd edək ki, ilk oyunlar iyunun 30-da, cavab qarşılaşmaları isə iyulun 7-də keçiriləcək.

Xəbər xətti