Ramil Şeydayev əsas komandada
“Zenit”in rumıniyalı baş məşqçisi Mirça Luçesku azərbaycanlı futbolçu Ramil Şeydayevi əsas komandaya cəlb edib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan yığmasında oynamaqdan imtina edib Rusiya millisini seçən oyunçunu Avstriyada keçiriləcək təlim-məşq toplanışına aparacaq.
Qeyd edək ki, toplanış çərçivəsində “Zenit” dörd yoxlama oyunu keçirəcək. "Zenit"in yoxlama oyunlarındakı rəqiblərindən biri "Qarabağ" olacaq.
saytlarin hazirlanmasi