"Şərtlərlə razılaşmadım"
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Neftçi”nin Montenqerodan olan qapıçı Milan Miyatoviçi baxışdan keçirməsi ilə bağlı məlumatı diqqətinizəı çatdırmışdıq.
Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiperin Bakı təmsilçisinə keçidi baş tutmayıb. Belə ki, “Neftçi”nin şərtləri Miyatoviçi razı salmayıb. Bu barədə məlumatı əməkdaşımızla söhbətində qolkper özü xəbər verib:
“Bildirmək istəyirəm ki, “Neftçi”yə keçidim baş tutmadı. Bakı təmsilçisinin şərtləri ilə razılaşmadığım üçün bu gün Montenqroya qayıdacam”.
Qeyd edək ki, “Neftçi” baxışda olan digər legionerlərlə bağlı qərar verib. “Ağ qaralar” Vançe Şikov, Edson Kastilyo və Dario Melnyakla müqavilə imzalayıb
saytlarin hazirlanmasi