"Qarabağ" güclü və ağıllı komandadır"
Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan Lüksemburq “Düdelanj”ının futbolçusu Benzuen Sofianın “Qafqazinfo”ya müsahibə verib.
Sportal.az mərakeşli yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
- Çempionlar Liqasında “Qarabağ”a rəqib olmağınız haqqında nə fikirləşirsiz?
- Bizə çətin rəqib düşdü. “Qarabağ” güclü və ağıllı komandadır. Onlara qarşı oynamaq çox çətin olacaq. Heyətlərində yaxşı texnikaya malik futbolçular var. Topla oynamağı sevən komandalara qarşı çıxış etmək həmişə çətindir.
- Ümumiyyətlə, indiyə qədər bu komandanı izləmisiz ya rəqib olandan sonra məlumat toplamağa başladınız?
- Bilirsiz ki, mən “Anderlext”də oynamışam. Ötən il bu komanda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer almışdı. Belçika klubunun oyunlarını hər zaman izləmişəm. Həmişə olduğu kimi yenə oyunlarına baxırdım. Bakıdakı qarşılaşmada “Qarabağ” onları məğlub etdi. İnanın ki, bu məni çox təəccübləndirdi. Həqiqətən Azərbaycan klubu bütün Avropaya sürpriz etmişdi.
- Daha asan rəqiblə düşmək istərdiz?
- Əlbəttə. Amma düşünürəm ki, yaxşı nəticəyə imza ata bilərik. Həmçinin bizim itiriləcək heç bir şeyimiz yoxdur. Meydana çıxıb futbolumuzu oynayacağıq. Ola bilər ki, biz 3 il əvvəlki kimi sürpriz edək. “Zalsburq”u məğlub etdiyimiz kimi “Qarabağ”a da sürpriz edə bilərik.
- Amma “Qarabağ”ın artıq növbəti mərhələdə olduğunu düşünənlər var...
- Futbol heç zaman nəticəsi əvvəlcədən bəlli olan oyun deyil. Bilmirsən ki, sabah başına nə gələcək. Ona görə də tələsməmək lazımdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- “Zalsburq”dan fərqli olaraq “Qarabağ”ın heyətində tanınmış futbolçu yoxdur. Rəqib oyunçular haqqında nə bilirsiz?
- Təkcə, Avropa Çempionatında çıxış edən Ansi Aqollini tanıyıram. Başqa kimsə haqqında məlumatım yoxdur. Adlarını bilmirəm. Amma “Anderlext”ə qarşı oyunlarını görmüşdüm.
saytlarin hazirlanmasi