"Qəbələ"nin yeni transferi: "Avropa Liqasının qrup mərhələsində oynamaq istəyirəm" MÜSAHİBƏ

13:45 - 22 İyun 2016

"Mənə bir az vaxt lazımdır"
 
"Qəbələ"nin yeni transferi Nika Kvekveskiri Gürcüstanın "Lelo" qəzetinin əməkdaşı - Aleksander Kakauridzeyə müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- "Qəbələ"yə uyğunlaşma prosesi necə gedir? Adaptasiya olmaq çətin deyil?
- Mənə bir az vaxt lazımdır. "Qəbələ" güclü kollektivdir. Burada hər şey məni qane edir. Heyətimzidə səviyyəli futbolçular və güclü məşqçilər var. Mənim üçün əhəmiyyətli odur ki, iddialı bir klubda çıxış edirəm.
 
- "Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" klubu ilə üz-üzə gələcək. Püşkü necə dəyərləndirirsiniz?
- Maraqlı və gərgin bir mübarizə olacaq. "Qəbələ" və "Samtredi"nın oyun tərzləri oxşardır. "Samtredia"nın məşqçisi Qiya Tsedzadzeni yaxşı tanıyıram. O hücum futbolunu sevən mütəxəssisdir. Amma mənim arzum Avropa Liqasının qrup mərhələsində çıxış etməkdir.
 
- "Qəbələ"də hansı mövqedə çıxış edəcəksiniz?
- Komandamızda iki taktiki sxem var. Hansı mövqedə çıxış edəcəyimi taktikadan asılı olacaq. Mən hər an oynamağa hazıram. Hər şey baş məşqçimizin qərarından sonra müəyyənləşəcək.
 
- "Qəbələ" bir çox futbolçusu ilə yolları ayırıb. Bu komandaya çətinlik yaratmaz?
- Daha çox yerli futbolçulara üstünlük verilib. Amma qapıçı və müdafiə xəttində ciddi dəyişikliklər yoxdur. Daha çox hücumçularla yollar ayrılıb. Səhv etmirəmsə, yeni futbolçuların transferi üçün danışıqlar aparılır.
 
- Yəqin ki, ötən il olduğu kimi, bu mövsümdə də "Qəbələ"nin hədəfləri böyük olacaq...
- Əlbəttə! "Qəbələ" Azərbaycanın ən yaxşı komandalarından biridir.
 
- Nika, "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk haqda nə söyləyə bilərsiniz?
- O, çox yaxşı insan və təcrübəli mütəxəssisdir. Onun bacarıqlarını uzun-uzadı danışmağa ehtiyac yoxdur. Bizə hər şeyi öyrədir və tələb edir. Futbolçuya o qalır ki, çıxıb onun tapşırıqlarını yerinə yetirsin.
 
- Gürcüstanda təlim-məşq toplanışınız nə vaxt bitəcək?
- İyunun 26-dək burada hazırlaşacağıq.

Xəbər xətti