AZAL-ın futbolçusuna 2 klubdan transfer təklifi ÖZƏL

14:54 - 22 İyun 2016

Mirzəyev seçim qarşısında
 
AZAL-ın yarımmüdafiəçisi Kamal Mirzəyev Premyer Liqamızda çıxış edən 2 klubdan transfer təklifi alıb.
 
Sportal.az xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi "Sumqayıt" və paytaxt klublarının birindən təklif alıb. Lakin "təyyarəçilər"in 20 yaşlı futbolçunu buraxmaq niyyətində deyil. Çünki Kamal Mirzəyevin AZAL-la 1 illik müqaviləsi var.
 
Kamal Mirzəyev yaxın günlərdə karyerası ilə bağlı qərarını verəcək.

Xəbər xətti