"Daçiya"nın prezidenti: "Kəpəz"ə Moldovanın ruhən ən güclü komandası düşüb" MÜSAHİBƏ

15:02 - 23 İyun 2016

"Komandaya turnirin qrup mərhələsinə düşmək tapşırığı qoyulub"
 
Xəbər verdiyimiz kimi, "Kəpəz" Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubu ilə qarşılaşacaq.
 
"Daçiya" klubunun prezidenti Adlan Şişxanov Sportal.az saytına müsahibə verib.
 
- “Kəpəz” haqqında nə bilirsiniz?
- “Kəpəz”lə maraqlanmışıq. Gəncə təmsilçisi başa çatan mövsümdə çempionatda 36 oyun keçirib. “Kəpəz” mövsümü 15 qələbə, 11 heç-heçə və 10 məğlubiyyətlə başa vurub. Rəqibimiz Azərbaycan futbolunun inkişaf etməkdə olan klublarından biridir.
 
- “Daçiya”nın şanslarını necə görürsünüz?
- Hər iki komandanın şansları var. “Daçiya” üçün rəqibin fərqi yoxdur. Biz həmişə meydana qələbə üçün çıxırıq. Kimin güclü olduğunu oyun göstərəcək. Onu deyim ki, “Kəpəz”ə Moldovanın ruhən ən güclü komandası düşüb. 
 
- “Daçiya”nın Avropa Liqasında hədəfləri nədir?
- Komandaya turnirin qrup mərhələsinə düşmək tapşırığı qoyulub. Düzdür, püşkdən çox şeylər asılı olacaq. Əlimizdən gələni edəcəyik ki, “Kəpəz”i mübarizədən kənarlaşdıraq. 
 
- Azərbaycan və Moldova çempionatlarını müqayisə edərdiniz...
- Düşünürəm ki, Moldova çempionatı Azərbaycan çempionatından zəif deyil. Bunu əminliklə söyləyirəm. Bizim çempionatda güclü klublar var və o komandalar çox səviyyəli oyun nümayiş etdirirlər. Moldova və Azərbaycanın aparıcı klubları eyni səviyyədədir. Yalnız fərq ondadır ki, Azərbaycan çempionatında aşağı pillələrdə olan klubların maddi və infrastruktur cəhətdən bizim klubları üstələyir.
 
- “Daçiya”nın heyətində səviyyəli legionerlər var. Sirr deyilsə, komandanın illik büdcəsi nə qədərdir?
- Bu sirrdir. Deyə bilmərəm.
 
Mehman ƏŞRƏFOV

Xəbər xətti