2 illik müqavilə imzalanacaq
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubu daha bir futbolçunu heyətinə cəlb edib.
Sportal.az "L’Équipe"ə istinadən xəbər verir ki, "Qəbələ" Fransanın II Liqasında çıxış edən "Kretel" klubunun hücumçusu Baqali Dabonu heyətinə qatıb. Seneqallı forvard "qırmızı-qaralar"la 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 27 yaşlı Dabo Fransanın "İvri", Kretel" və "İstr" klublarında forma geyinib.
saytlarin hazirlanmasi