AZAL heyətini 3 futbolçu ilə gücləndirdi

01:25 - 26 İyun 2016

"Xəzər Lənkəran"dan ayrılan futbolçular "təyyarəçilər"də
 
Növbəti mövsümün hazırlıqlarına start verən AZAL heyətinə 3 yeni futbolçu cəlb edib.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, "təyyarəçilər" "Xəzər Lənkəran"n sabiq futbolçuları - İlyas Səfərzadə, Elçin Qasımov və Elvin Mirzəyevi heyətinə qatıb. Hər 3 futbolçu növbəti mövsümdən etibarən AZAL-ın şərəfini qoruyacaq.

Xəbər xətti