"Şuşa Qarabağ"dan 3 rəsmi transfer
Yeni mövsümdən etibarən Azərbaycan I Divizionunda çıxış edəcək "Şuşa Qarabağ" klubu heyətini 3 futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, I Divizion təmsilçisi "Zirə"dən ayrılan Ruslan Poladov və "Xəzər Lənkəran"ın sabiq futbolçusu Orxan Səfiyaroğlunu heyətinə cəlb edib.
Bundan əlavə, "Şuşa Qarabağ" klubu "Kəpəz"lə yeni müqavilə imzalamayan Bəxtiyar Soltanovu da transfer edib.
Qeyd edək ki, Bəxtiyar Soltanovun "Şuşa Qarabağ"a keçidi haqda ilk dəfə Futbol11.az saytı məlumat yaymışdı.
saytlarin hazirlanmasi