"Zirə"nin yeni məşqçisi "Mançester Yunayted" və "Barselona"nı nümunə gətirdi

00:47 - 27 İyun 2016

"Rəhbərlik böyük işlərin aparılması üçün ilk addımlarını atıb"
 
Zaur Həşimovun "Zirə"nin əsas komandasına məşqçi təyin olunması haqda məlumat vermişdik.
 
Gənc mütəxəssis fikirlərini Sportal.az saytına bölüşüb:
 
"Rəhbərlik böyük işlərin aparılması üçün ilk addımlarını atıb. Bildiyiniz kimi, "Zirə" ötən mövsüm gümüş mükafat əldə edib. Mənə klubdan təklif gəldi və qəbul etdim. Komandada ciddi işlər görüləcək. Hamı bilir ki, "Barselona”, "Mançester Yunayted” və digər səviyyəli klublar aşağı yaş qruplarından əsas komandaya futbolçu yetişdirirlər. Biz də yeni sistemlə futbolçu yetişdirmək istəyirik. Yeni mövsüm üçün üst pillələr uğrunda mübarizə aparacağıq. Bütün gücümü ortaya qoyacam. Nəticəni isə mövsümün sonunda görəcəyik".

Xəbər xətti