Çili ilə oyundan sonra
Kopa Amerika turnirinin finalında Çili Argentinanı penaltilər seriyasında məğlub edərək qalib olub.
Sportal.az xəbər verir ki, oyundan sonra Lionel Messi yığma karyerasını başa vurduğunu açıqlayıb:
"Danışmaq çox çətindir. Artıq Argentina yığmasından getmək qərarımı vermişəm. Bu iş mənlik deyil. Argentinanı çempion etmək üçün çox çalışdım. Bu artıq 4-cü final idi, amma bunu bacara bilmədim".
Qeyd edək ki, Serxio Aquero və Xavier Maskeranonun da yığmadan gedəcəyi gözlənilir.
saytlarin hazirlanmasi