1/8 final mərhələsi
Bu gün AÇ-2016-da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.
Sportal.az xəbər verir ki, bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
Günün maraqla gözlənilən görüşü İtaliya və İspaniya komandaları arasında keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
1/8 final mərhələsinin son matçında İngiltərə və İslandiya yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
20:00. İtaliya - İspaniya 2:0
QOL: Kyellini, 33, Pelle, 90+
Baş hakim: Cüneyt Çakır
Sent-Denis. "Stad de Frans" stadionu.
23:00. İngiltərə - İslandiya 1 - 2
QOLLAR: Runi, 4 (pen.) - Siqurdsson, 6, Siqtorsson, 18
Baş hakim: Damir Skomina
Nitsa. Nitsa şəhər stadionu.
saytlarin hazirlanmasi