"O, mənə Azərbaycana gəlməyi məsləhət gördü"
"Zirə"nin yeni transferi Milan Duriç Sportal.az saytına müsahibə verib.
- Sizcə, “Zirə”də karyeranız uğurlu alınacaq?
- Ümid edirəm ki, karyeram “Zirə”də uğurlu alınacaq. Komanda ötən mövsüm uğurlu çıxış edib və çempionatı 2-ci pillədə başa vurub. Bu il də yaxşı çıxış etmək istəyirik.
- “Zirə”yə keçidiniz haqda danışardınız...
- Mənim dostum – Muarem Muarem “Qarabağ”da çıxış edir. O, mənə Azərbaycana gəlməyi məsləhət gördü və “Zirə”nin güclü komanda olduğunu bildirdi. Keçmiş məşqçim İvan İvanoviç “Neftçi”də çalışır. Onun da fikirlərini dinlədim və qərarımı verdim.
- Siz demək olar ki, həmişə təbii ot örtüklü meydanlarda oynamısınız. Azərbaycanda daha çox süni ot örtüklü stadionlardır. Bu, sizə problem yaratmayacaq?
- Bu barədə danışmaq hələ tezdir. Hər şeyi zaman göstərəcək.
- Karyeranızda süni ot örtüklü stadionlarda oynamısınız?
- Xeyr. İlk dəfə olacaq. Süni ot örtüklü meydanlarda futbol oynamamışam.
- Çempionatımızda 8 komanda çıxış edəcək. Sizcə, klubların az deyil?
- Mən ötən mövsüm Xorvatiya çempionatında çıxış edəndə 10 komanda mübarizə aparırdı. Fikrimcə, heç bir problem olmayacaq.
saytlarin hazirlanmasi