"Samtredia"nın baş məşqçisi: "Qəbələ" kimi təcrübəli komanda ilə qarşılaşacağımız üçün sevinirik" MÜSAHİBƏ

20:30 - 29 İyun 2016

"Şanslar bərabərdir"
 
“Samtredia”nın baş məşqçisi Giya Tsetatdze UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə keçirəcəkləri matçöncəsi jurnalistlərin suallarını cavalandırıb.
 
Sportal.az təcrübəli mütəxəssisin müsahibəsini təqdim edir:
 
- İlk növbədə hər birinizi salamlayıram. Sevinirik ki, “Qəbələ” kimi təcrübəli komanda ilə qarşılaşacağıq. Fikrimcə, şanslar bərabərdir. Bütün suallara sabah aydın gələcək.
 
- Sanki narahat görünürsünüz…
- Xeyr. Hər şey qaydasındadır.
 
- “Qəbələ” haqda ətraflı öyrənmisiniz?
- Bir neçə oyunlarını izləmişik. Rəqibimiz güclüdür.
 
- “Qəbələ”nin zəif cəhətlərini müəyyənləşdirmisiniz?
- Əlbəttə. Amma deyə bilmərəm.
 
- Sabah hansı nəticə size qane edəcək?
- Bizim xeyrimizə olsa, daha yaxşı olar. Biz həmişə qələbə üçün oynayırıq. Amma ola bilər ki, məğlub da ola bilərik.

Xəbər xətti