"Neftçi" qalib gəldi, "Qəbələ"dən darmadağın YENİLƏNİB

22:48 - 30 İyun 2016

I təsnifat mərhələsinin ilk oyunu
 
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Neftçi” və “Qəbələ” də bu gün mübarizəyə qoşulub.
 
"Qəbələ" Gürcüstanın “Samtredia” klubunu qəbul edib. Roman Qriqorçukun komandası rəqibi 5:1 hesabı ilə darmadağın edib.
 
“Neftçi” ilk oyununu səfərdə keçirib. Vəli Qasımovun yetirmələri Maltada “Baltsan”ın qonağı olub. "Neftçi" rəqibini 2:0 hesabı ilə məğlub edib.
 
30 iyun
Avropa Liqası
I təsnifat mərhələsinin ilk oyunları
 
20:00. "Baltsan" (Malta) - "Neftçi" (Azərbaycan) 0 - 2
QOLLAR: Rəhman Hacıyev, 14, Ruslan Qurbanov, 84 (pen.)
Baş hakim: Yovan Kaludyeroviç
Yan xətt hakimləri: Daniel Deviç, Vladan Todoroviç
Dördüncü hakim: Mileta Şçepanoviç (hamısı Monteneqro)
Paolo. "Hibernian" stadionu
 
21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) 5 - 1
QOLLAR: Stankoviç, 16, Zenyov, 20, Teo Uiks, 29, 69, 72 - Laşa Şerqelaşvili, 58
Baş hakim: Denis Şerbakov 
Yan xətt hakimləri: Dmitri Juk, Yuri Xomçanka 
Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)
Bakı. "Bakcell Arena"

Xəbər xətti