“Qəbələ” Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubunu 5:1 hesabı ilə darmadağın edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “Samtredia”nın baş məşqçisi Giya Tsetatdze jurnalistlərin suallarını cavablandırıb.
- “Qəbələ”ni təbrik edirəm. Onlar bu qələbəyə layiq idilər. Biz çalışacağıq ki, bu oyundan dərs çıxaraq.
- Konfransa girən kimi su içdiniz. Əsəbdən yoxsa hava istidir?
- Hava istidir.
- Qoqiaşvili 3 nömrəli futbolkada çıxış etməli olsa da, 18 nömrəli formada çıxış etdi. UEFA-ya şikayət edəcəksiniz? Çünki 1:5 hesablı məğlubiyyətdənsə, 0:3 daha yaxşıdır.
- Xeyr. Yəqin ki, bu texniki heyətin səhvi idi. Suala görə təşəkkürlər.
- Bu hesabı gözləyirdiniz?
- Belə məğlubiyyəti gözləmirdim.
saytlarin hazirlanmasi