"Bokel"in heyətində
"Neftçi"nin monteneqrolu qolkiper Milan Miyatoviçlə müqavilə imzalamaması haqda məlumat vermişdik.
Paytaxt klubu qolkiperin tibbi müayinədən uğursuz keçdiyini bəhanə gətirərək, Miyatoviçlə müqavilə imzalamamışdı. Bu haqda saytımıza danışan Miyatoviç səhhətində heç bir problemin olmadığını bildirərək "Neftçi"nin yalanını üzə çıxarmışdı.
Sportal.az xəbər verir ki, keçmiş klubu "Bokel"ə qayıdan 28 yaşlı qapıçı komandasının heyətində Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın "Voyvodina" klubuna qarşı oyun keçirib.
Matç 1 - 1 hesablı heç-heçə ilə başa çatıb. Milan Miyatoviç 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi