Samir Abasovun "Sumqayıt"dan uzaqlaşdırdığı futbolçu "Manisaspor"da FOTO

20:43 - 1 İyul 2016

2 illik müqavilə imzaladı

 

“Sumqayıt” və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Uğur Pamuk karyerasını Türkiyədə davam etdirəcək. Sportal.az verir ki, Pamuk PTT Liqa təmsilçisi “Manisaspor”la anlaşıb. O, 2 illik müqaviləyə imza atıb.

 

Ötən mövsümü “Sumqayıt”da keçirən Uğur Pamuk bu ilin aprel ayında baş məşqçi Samir Abasovun qərarıyla komandadan uzaqlaşdırılmışdı. Gənc mütəxəssis onu bəyənməsə də, milliləşdirilmiş futbolçunun xidmətində PTT Liqa təmsilçisi maraqlı olub.

 

Qeyd edək ki, Almaniyada türk ailəsində anadan olan Uğur Pamuk AFFA tərəfindən milliləşdirilmişdi. Berti Foqtsun dönəmində milli komandaya dəvət alan futbolçu yığmada bir neçə oyun da keçirib.  

 

Xəbər xətti