"Neftçi" 30 yaşlı futbolçuya fantastik məvacib ödəyəcək

01:11 - 2 İyul 2016

Vançe Şikovun aylıq əmək haqqı məlum oldu
 
"Neftçi"nin heyətinə yeni qatdığı Vançe Şikov bakılılara çox baha başa gəlib.
 
Sportal.az Futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" 30 yaşlı müdafiəçiyə aylıq 28 min avro maaş verəcək. 100 min avronu öncədən alan Makedoniya millisinin üzvü ilə anlaşmaya görə, o, ümidləri doğrultsa, məbləğ yeni mövsümdə daha 2 min artırılacaq.
 
Qeyd edək ki, Vançe Şikov "Neftçi"yə Avstriyanın "Avstriya" Vyana klubundan cəlb edilib.

Xəbər xətti