Emil Balayev karyerasını Belçikada davam etdirə bilər

15:44 - 3 İyul 2016

Balayev klub axtarışında
 
Emil Balayevin "Ayntraxt" Frankfurtdan ayrıldığı haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan gənc qolkiper karyerasını xaricdə davam etdirəcək. 22 yaşlı futbolçuya Belçika I Divizionunda çıxış edən klublardan biri təklif göndərib. Lakin digər təklifləri də gözdən keçirən Balayev qarşı tərəfə cavab verməkdə tələsmir.

Xəbər xətti