"Viktor İqbekoyidən cavab gözləyirik"
Serbiyalı müdafiəçi Yovan Krnetanın "Zirə”dəki taleyinə rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu yaxın günlərdə "Zirə” ilə 1 illik müqavilə imzalayacaq. Bu barədə klubun baş məşqçisi Adil Şükürov məlumat verib.
"Qarabağ” və "Zirə” komandaları arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan məşqdən öncə jurnalistlərin suallarını cavablandıran Şükürov Krnetanın gələcək taleyi haqda danışıb:
"Krnetanın komandamızda qalacağı dəqiqləşib. O, yaxın 1-2 gün ərzində Bakıya gələcək və komandamızın düşərgəsinə qoşulacaq. Biz hazırda Viktor İqbekoyedən cavab gözləyirik. Onun məsələsi açıq olaraq qalır. Futbolçudan yaxın günlərdə cavab tələb edəcəyik və onun cavabına uyğun olaraq hərəkət edəcəyik”.
Qeyd edək ki, Viktorun bir müddət öncə komandadan ayrıldığı deyilsə də, futbolçu klub tapa bilmədiyi üçün "Zirə”yə qayıtmaq barədə qərar verib.
saytlarin hazirlanmasi