Robert Prosineçkidən Qvardiola və Mourinyoya: "Kənara çəkilin!"

15:08 - 6 İyul 2016

"Konte Abramoviçin pullarına arxalana bilər"
 
Milli komandamızın baş məşqçisi Robert Prosineçki "football italia"ya açıqlama verib.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliyanın AÇ-2016-da mübarizəni dayandırmasına təəssüfləndiyini bildirib:
 
"İtaliya yığması turnirdə yaxşı oyun sərgiləyirdi. Düşünürdüm ki, Konte İtaliyanı çempion edəcək. Çox təəssüf ki, onların bəxti gətirmədi, məyus oldum. İtaliya yığmasını Pirlo, Del Pyero, Totti və Bacco kimi futbolçular arxasınca aparırdı. Lakin biz bunu hazırda görmürük. Fikrimcə, məhz bu, İtaliyaya pis təsir etdi".
 
Prosineçki İtaliya yığmasının baş məşqçi postundan ayrılaraq "Çelsi"yə üz tutan Antonio Kontenin London klubunda uğurlu çıxış edəcəyinə inanır:
 
"Konte çox güclü məşqçidir və Abramoviçin pullarına arxalana bilər. Yaxşısı budur ki, Joze Mourinyo və Pep Qvardiola kənara çəkilsinlər. Çünki Konte onların hər ikisini darmadağın edəcək".

Xəbər xətti