"Təkliflər var"
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın sabiq futbolçusu Leroy Corc yenidən ölkəmizə qayıda bilər. Türkiyə mətbuatı iddia edir ki, 29 yaşlı yarımmüdafiəçi ilə "Qarabağ" və digər 2 klubumuzun transfer hədəfindədir.
Sportal.az xəbər verir ki, "Göztəpə"nin baş məşqçisi Okan Buruk Leroy Corca təkliflərin gəldiyini bildirib:
"Byörn Vleminçkx, Leroy Corc və Nahir Besaranı yeni mövsüm üçün heyətdə düşünmürəm. Amma onların məşq etmyə ehtiyacı var. Vlemiçkx və Leroy Corca təkliflər var. Rəhbərlik həm futbolçular, həm də klubumuz üçün ən doğru addımı atacaq".
Qeyd edək ki, Leroy Corc 2014/15-ci il mövsümü başa çatdıqdan sonra "Qarabağ"dan ayrılaraq "Göztəpə" klubuna transfer olmuşdu.
saytlarin hazirlanmasi