"Əsas odur ki, növbəti mərhələdyik"
Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” “Balzan”a 1:2 hesabı ilə məğlub olub. Ümumi hesabda 3:2 hesabı ilə üstün olan "Neftçi" II təsnifat mmərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Neftçi"nin baş məşqçisi Vəli Qasımov jurnalistlərin suallarını cavablandırıb:
“Balzan” Bakıya gəzməyə gəlməmişdi. İlk hissədə oyuna nəzarət edən tərəf biz idik. 2-ci hissədə isə xeyli əziyyət çəkdik.
- Belə oyunla II mərhələdə nəyə ümid edirsiniz?
- İlk oyunda daha üstün idik. Rəqibimiz hücumameyilli oyun qurmuşdu. Əsas odur ki, növbəti mərhələdyik.
- Komanda müdafiədən hücuma qoşulanda çətinlik çəkirdi...
- Uşaqların yorulması normaldı. Bəli, çatışmazlıqlar var. Qol buraxdıqdan sonra çətinlik çəkdik.
- Bəlkə rəqibə ciddi yanaşmadınız?
- Xeyr, biz rəqibə ciddi yanaşırdıq.
- Sizcə, Jairo Filyonun çəkisi artıq deyil?
- Xeyr, Jaironun bədən quruluşu belədir. Amma futbolçu kimi bir az ləngdir.
- Əgər bu gün 1:3 hesabı ilə məğlub olsaydınız, məğlubiyyəti necə şərh edəcəkdiniz?
- Çox pis. Favorit biz idik. Amma rəqib layiqli mübarizə apardı. Növbəti mərhələyə daha ciddi hazırlaşacağıq.Bu, futboldur və hər şey baş verə bilərdi.
- Komandaya yeni transferlər gözlənilir?
- Hücumçu axtarışındayıq. İrəlidə qol vuran yoxdu.
- Əgər ilk oyunda məğlub olsaydınız, bu gün fərqli oynayacaqdınız?
- Komanda təzədir. Futbolçularımı təbrik edirəm.
saytlarin hazirlanmasi