"Bu oyunda şansımız var idi"
Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” “Baltsan”a 1:2 hesabı ilə məğlub olub. Ümumi hesabda 3:2 hesabı ilə üstün olan "Neftçi" II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Baltsan"ın baş məşqçisi Oliver Spiteri jurnalistlərin suallarını cavablandırıb:
Çətin oyun keçdi. Futbolçularımla fəxr edirəm. 90 dəqiqə əllərindən gələni etdilər. Bir çox şanslarımız oldu. Komandam sona qədər vuruşdu.
- “Baltsan” avrokuboklarda ilk qolunu vurdu. Buna görə sevinirsiz yoxsa təəssüflənirsiniz?
- Mərhələ keçmədiyimiz üçün məyusam. Sualı sabah versəydiniz, cavab verə bilərəm.
- “Neftçi” ilk oyunda yaxşı idi yoxsa bu gün? Bəlkə siz daha güclü idiniz?
- “Neftçi” Maltada daha rahat oynayırdı. Doğma meydanda isə təzyiq çox olur. Biz ikinci hissəni daha yaxşı oynadıq.
- Futbolçularınız ilk hissədə çox aqressiv idi…
- Aralıq dənizinin kənarında yaşayırıq. Təbiətimiz belədir. Amma oyun qaydasında keçdi.
- “Neftçi”ni tanıyandan sonra Azərbaycan futbolu haqda nə düşünürsünüz?
- Yaxşı gənc futbolçularınız var. Onların yaxşı gələcəkləri var. Bir sözlə, əla.
- “Neftçi” ənənələri olan klubdur. Azərbaycan klubundan bu 3 gün ərzində nələri öyrəndiniz?
- Maltadakı hesabdan çox məyus olduq. Bu oyunda şansımız var idi. “Neftçi” yaxşı komadandır. Texnikalı oyunçulara sahibdir. 3-cü qolu da vura bilərdik. Ümid edirəm ki, ənənəniz davam edər və qrup mərhələsinə vəsiqə qazanarsınız. Əmin olun ki, Maltada 2 "Neftçi" azarkeşi var. Mən və klubumuzun prezidenti.
- Əhalinizin sayı 4 min nəfərdir. Yerləşdiyiniz şəhərcikdən neçə futbolçu komandada çıxış edir?
- 2 nəfər. 5 legionerimiz var. Digər futbolçular isə malatalıdırlar. Kəndimizdən 6 futbolçu yetişir.
- Klubun büdcəsi nə qədərdir?
- 1,5 milyon avrodur.
- Yolda prezidentdən “Neftçi”nin hansı futbolçusunu transfer etməyi xahiş edəcəksiniz?
- Bu haqda düşünmək olar. (gülür)
saytlarin hazirlanmasi