"Komandamıza gəlmək istəyən olsa, buyurub gələ bilər"
Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"ni məğlub etsə də (2:1), mübarizəni dayandıran "Baltsan" klubunun prezidenti Anton Talyaferro oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında iştirak edən klub prezidenti bunları deyib:
- Baltsan kiçik kənddi. Burda cəmi, 4 min əhali yaşayır. Kiçik kənd olsa da, böyük ürəyimiz var. Bunu meydançada sübut etdik.
- "Neftçi"ənənələri olan klubdu. Burda qaldığınız 3 gün ərzində bu klubdan nə öyrəndiz?
- İkinci mövsümdü ki, avrokuboklarda çıxış edirik. "Neftçi"nin ənənələri daha böyükdü. Bilirdik ki, bizim üçün çətin olacaq. İlk oyundan sonra məyus olmuşduq. Ancaq ikinci hissədə sərgilədiyimiz oyunla sübut etdik ki, biz də oynaya bilirik.
- Baltsanın kiçik kənd olduğunu dediz. Hazırda komandada top qovan oyunçulardan neçəsi bu kəndin yetirməsidi? Bir də ki, sirr deyilsə, komandanın büdcəsi nə qədərdi?
- Hazırda heyətdə oynayan oyunçulardan ikisi öz yetirməmizdi. Beş legionerimiz var. Qalan oyunçular isə Malta futbolunun yetirməsidi.
- "Neftçi"nin hansı oyunçusunu transfer etmək istərdiz?
- Rəqibin yaxşı futbolçuları çoxdu. Komandamıza gəlmək istəyən olsa, buyurub gələ bilər.
saytlarin hazirlanmasi