"Baltsan" güclü rəqib idi"
“Neftçi”nin futbolçusu Jairo Filyo Rodriges Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan”la cavab oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Məğlubiyyətlə turu keçdiniz…
- Çətin olacağını bilirdik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Birinci bizə hissədə daha asan oldu. İkinci hissədə isə çətinliklə üzləşdik. İstənilən halda mərhələ adlaya bildik.
- "Neftçi"nin bacardığı elə budur?
- Növbəti oyunda daha yaxşı formada olacağıq. Oyunu uduzsaq da, ümumi nəticə pis deyil. Həm də "Baltsan" güclü rəqib idi. Əlimizdən gələni etdik.
- İlk oyundakı qələbə komandada arxayınlıq yaratmışdı?
- Əsas odur ki, mərhələ adladıq. Arxayınlıq isə yox idi. Biz hər oyuna hazırıq.
- Komandanız hər iki görüşdə ikinci hissəni zəif oynadı. Bu, fiziki hazırlığın yaxşı olmadığını göstərir?
- Ola bilər ki, yorğunluq var. Əsas nəticəyə baxmaq lazımdır.
- "Neftçi" belə oyunla növbəti mərhələdə uğur qazana bilər?
- Biz bu gün zəif oynadıqsa, bu, o demək deyil ki, həmişə belə olacaq. Növbəti mərhələdə necə olacağını deyə bilmərəm. Amma özümüzü yaxşı tərəfdən göstərmək üçün əlimizdən gələni edəcəyik.
saytlarin hazirlanmasi