Dario Federiko: "Azarkeşlərimizi başa düşürəm" MÜSAHİBƏ

12:24 - 11 İyul 2016

"Formamı bərpa etmək üçün daha çox oynamalıyam"
 
"Kəpəz"in braziliyalı futbolçusu Dario Federiko Sportal.az saytına müsahibə verib.
 
- Uzun müddətdən sonra qol vurdun və “Kəpəz”i növbəti mərhələyə daşıdın...
- Əlbəttə, çox xoşbəxtəm ki, “Kəpəz” azarkeşlərini sevindirə bildik. Komanda şəklində uğur qazanmağımı çox vacibdir. Qol vurduğum üçün də sevinirəm. 
 
- Meydanlarda əvvəlki Darionu görə biləcəyik?
- Ağır zədədən sonra özümə gəlmək çətin idi. Şükürlər ağrılar hiss etmirəm.Amma maksimum formada deyiləm. Formamı bərpa etmək üçün daha çox oynamalıyam. Oyundan-oyuna daha da yaxşılaşacam.
 
- “Admira Vakker” haqda nə məlumatın var?
- “Admira”nın heç bir oyununa baxmamışam. Amma hamı deyir ki, rəqibimiz yaxşı kollektivdir. Məlumatım yalnız budur. Rəqibimizin kimliyindən aslı olmayaraq biz mübarizəyə hazırıq.
 
- Avropa Liqasında komandanın qarşısına nə hədəf qoyulub?
- Rəhbərlik qarşımıza hədəf qoymayıb. Amma biz bütün rəqiblərlə mübarizəyə hazırıq. Yaxşı heyətimiz var və çox mehriban kollektivik. Bu komanda yaxşı nəticələr edə biləcək. Uğur qazanacağımıza inanıram.
 
- “Kəpəz”in “Daçiya” ilə ev matçında azarkeş az gəlmişdi. “Admira” ilə matçöncəsi azarkeşlərə nə sözün var?
- İnanıram ki, “Admira” ilə oyunda azarkeşlərin sayı daha çox olacaq. Çünki biz tarix yazmışdım. Azarkeşlərimizi başa düşürəm. Gəncə ilə Bakı arasında məsafə çoxdur. 
 
- Səncə, yeni transfer Serjinyo digər həmyerlin Juninyonun boşluğunu doldura biləcək?
- Hər ikisi yüksək səviyyəli futbolçulardır. Junior Osvaldo ötən mövsüm mənə çox köməklik edib. Serjinyo ilə yalnız iki matç keçirmişəm. İnanıram ki, Serjinyonun mənə köməyi çox dəyəcək.

Xəbər xətti