Ramil Şeydayevlə danışıqlar aparılır
"Zenit"lə yollarını ayıran azərbaycanlı futbolçu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" 20 yaşlı forvard ilə danışıqlara başlayıb. Bu barədə Trabzon klubunun rəsmi "facebook" səhifəsindən açıqlama verilib. Açıqlamada "Azad agent statusuna malik olan professional futbolçu Ramil Şeydayevin klubumuza transferi ilə bağlı futbolçu ilə danışıqlara başlanmışdır" deyə qeyd olunub.
Xatırladaq ki, Piter klubunun yetirməsi olan 20 yaşlı futbolçu “Zenit”in əsas komandasında 6 oyun keçirib. 2015/16 mövsümünün ilk yarısını icarə əsasında “Rubin”də keçirsə də, yalnız bir oyunda meydana çıxıb. Onu da qeyd edək ki, Ramil Şeydayev 2013-cü ildə Rusiyanın U-17 millisinin heyətində Avropa çempionu olub.
saytlarin hazirlanmasi