Ramil Şeydayev Azərbaycan millisində oynaya bilər

20:41 - 11 İyul 2016

AFFA ilə danışıqlar aparır

 

Rusiyanın 21 yaşlılardan ibarət millisinin üzvü Ramil Şeydayev Azərbaycan vətəndaşlığını qəbul edə bilər.

 

Sportal.az championat.com saytına istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 20 yaşlı hücumçu hazırda Bakıdadı və Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA ilə danışıqlar aparır.

 

Qeyd edək ki, "Zenit"in yetirməsi olan gənc forvard Piter klubundan ayrılıb. Azad agent statusuna malik olan Şeydayevi transfer etmək üçün Türkiyənin "Trabzonspor" klubu danışaqlar apardığı barədə açıqlama yayıb.

Xəbər xətti