"Qarabağ" "Düdelanj"ı məğlub etdi YENİLƏNİB

22:48 - 12 İyul 2016

II təsnifat mərhələsinin ilk oyunu
 
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" turnirdə ilk matçını keçirib.
 
Ağdam təmsilçisi evdə Lüksemburq çempionu "Düdelanj"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 20-da Lüksemburqda keçiriləcək.
 
12 iyul
Çempionlar Liqası, II təsnifat mərhələsinin ilk oyunu
 
21:00. "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) 2 - 0
QOLLAR: Riçard Almeyda, 10 (pen.), 27
Baş hakim: Orel Qrinfild 
Yan xətt hakimləri: Danni Krasikov, İdan Yarkoni 
Dördüncü hakim: Menaşe Masiah (hamısı İsrail)

Xəbər xətti