Azərbaycanlı futbolçu rəsmən "Trabzonspor"da

11:31 - 12 İyul 2016

4 illik müqavilə imzalandı
 
"Zenit"dən ayrılan azərbaycanlı futbolçu Ramil Şeydayev karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, "Trabzonspor" 20 yaşlı forvardla 4 illik müqavilə imzalayıb. Gənc futbolçu yeni komandasında 4 il ərzində 1 milyon 630 min avro maaş alacaq.
 
Əlavə edək ki, Şeydayev Azərbaycan yığmasında oynamaq üçün AFFA ilə danışıqlar aparır.

Xəbər xətti