"Pis mübarizə aparmadıq"
Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” doğma meydanında Lüksemburqun “Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “Düdelanj”ın baş məşqçisi Dino Topmöller jurnalistlərin suallarını cavablandırıb.
“Çətin oyun keçdi. “Qarabağ” ilk 15 dəqiqə ərzində daha yaxşı idi. Rəqibə xüsusi qol imkanı vermədik. Deyərdim ki, pis təsir bağışlamadıq”
- Dünən dediniz ki, Lüksemburq çempionu olduğumuzu sübut etməyə çalışacağıq. Bu idi sizin oyununuz?
- Futbolda pul hər şeyi demir, amma yaxşı və texnikalı futbolçu maliyyəni seçir. Pis mübarizə aparmadıq. Komandalar arasında fərqi nəzərə almaq lazımdır.
- 2:0 hesablı məlubiyyətdən sonra şanslarınızı necə dəyərləndirisiniz?
- Daha öncə vurğuladım ki, futbolda istənilən hesab alına bilər. “Qarabağ”ı təbrik edirəm. Alınacaq sevinəcəyik, alınmayacaq rəqibi təbrik edəcəyik.
- Oyun bitəndən sonra əl çalırdınız. “Qarabağ”ı yoxsa futbolçularınızı alqışlayırdınız?
- Hər iki komandanı. Yaxşı oyun oldu.
saytlarin hazirlanmasi